23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Arif Həşimov: “AMEA-nın prezidenti ümumi yığıncaqda seçiləcək”

26.09.2022

Azərbaycan Milli Elmlər Akademiyasının yeni Nizamnaməsi aidiyyəti dövlət qurumları ilə birgə işlənib hazırlanır və ümumi yığıncaqda müzakirə olunacaq. Təkliflər əsasında daha da təkmilləşdiriləcək.

Bunu  AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov deyib. Onun sözlərinə görə, lakin hazırda AMEA-nın ümumi yığıncağının nə vaxt keçiriləcəyi bəlli deyil.

O bildirib ki, AMEA-nın prezidentinin seçilməsi məsələsi yeni Nizamnamədə əvvəlki ilə eyni cür əksini tapıb:

"Müəyyən dəyişiklilərlə bağlı təkliflər var. Bu da nəzərə alınacaq. AMEA-nın prezidenti əvvəl olduğu kimi yenə də ümumi yığıncaqda seçiləcək. Ümumi yığıncağın səlahiyyətləri öz yerində qalır”.

Arif Həşimov qeyd edib ki, AMEA–nın yeni Nizamnaməsi Nazirlər Kabinetinə təqdim edilib:

"Burada əməkdaşların sayı, yeni struktur və digər məsələlər öz əskini tapıb. Təsdiq edildikdən sonra ətraflı məlumat veriləcək. Yeni Nizamnamədə AMEA-nın hüquqi statusu da öz əksini tapıb”.

AMEA-nın Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən İnstitutlarına gəldikdə isə akademik qeyd edib ki, bu proses ilin sonuna kimi yekunlaşacaq:

"Nəzərə alaq ki, əməkdaşlar məzuniyyətdən qayıtdıqdan sonra işlər daha da sürətlənib. Əsas fəaliyyət sentyabrdan başlayıb”.