21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

“Kiçik buz dövrü” təkrarlana bilər

09.10.2018

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) iqlimə dair aparılan yeni araşdırmalarla bağlı hesabat yayıb. Hesabatda Yer kürəsinin gələcək taleyi ilə əlaqədar həyəcan doğuran məqamlar öz əksini tapıb.
Tədqiqatın nəticələrinə görə, XVIII əsrdə baş vermiş "Kiçik buz dövrü” yenidən yaşana bilər. NASA mütəxəssisləri bu qənaətə Günəş ləkələri və Yer kürəsinin ən üst təbəqəsi olan termosferdə apardıqları araşdırmaların nəticələrinə əsasən gəliblər. Belə ki, termosfer qatının soyuyaraq daraldığı, günəş ləkələrinin isə ən aşağı hərəkətlilikdə olduğu müəyyənləşib. Müxtəlif dövrlərdə azalıb çoxalan bu ləkələr iqlimə təsir edir. Termosfer qatı hərəkətlilik çox olanda isinir, azalanda isə soyuyur. NASA alimləri belə bir fakta üç əsr əvvəl rast gəlindiyini və o dövrün tarixə "Kiçik buz dövrü” kimi keçdiyini deyiblər. Əgər vəziyyət belə davam edərsə, bir neçə ay ərzində rekord soyuqlar müşahidə olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov AZƏRTAC-a bildirib ki, indidən qış fəslinin necə keçəcəyi haqqında fikir bildirmək mümkün deyil: "Hər il qışın şaxtalı keçəcəyi ilə bağlı məlumatlar yayılır. Fəslin necə keçəcəyi ilə əlaqədar müəyyən ehtimallar ola bilər, lakin noyabrın sonunadək dəqiq açıqlama vermək düzgün deyil. Belə ki, dünyanın dörd böyük iqlim mərkəzi aparılan araşdırmaların nəticəsini birgə müzakirə edib yekun məlumatı məhz noyabrın sonlarında açıqlayacaq. "Kiçik buz dövrü” ilə bağlı informasiya isə absurddur. Azərbaycanda da kəskin soyuqların olacağı gözlənilmir”.
Ekoloq Məhərrəm Mehdiyev isə NASA alimləri ilə digər mütəxəssislərin bu barədə müxtəlif fikirlər yürütdüyünü deyib: "Bu il yanvar-fevral aylarında havaların elə də soyuq keçmədiyini nəzərə alaraq qarşıdan gələn qışın nisbətən sərt olacağı ehtimal edilə bilər. Lakin üç ay ərzində şaxtalı günlərin olacağı ilə bağlı proqnozlar inandırıcı deyil. NASA alimlərindən fərqli olaraq Rusiya, Türkiyə mütəxəssisləri qış fəslinin mülayim keçəcəyini deyiblər. Rusiya iqlimşünasları dekabr-fevral aylarında orta aylıq hərarətin -4° ilə -8° arasında dəyişəcəyini proqnozlaşdırırlar. Azərbaycana gəlincə isə, bəzi bölgələrdə ola bilər bir neçə gün temperatur -10°-nu ötsün, lakin bu il havanın çox sərt keçəcəyi gözlənilmir”.