Eyyubov və Qriqoryan eyni iclasda
23.09.2022
Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının 95-ci iclası keçirilib. İclasda Birliyə üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın geniş spektrli məsələləri nəzərdən keçirilib.
"DM" xəbər verir ki, iclasda Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Ermənistanın Baş nazirinin müavini Mger Qriqoryan, Belarusun Baş nazirinin müavini İqor Petrişenko, Qırğız Respublikası Nazirlər Kabineti sədrinin birinci müavini Adılbek Kasımaliyev, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk və digərləri iştirak ediblər.
Nümayəndə heyətlərinin rəhbərləri MDB məkanında iqtisadi əməkdaşlığın aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
MDB İqtisadi Şurasının növbəti iclası 2022-ci il dekabrın 9-da Moskvada keçiriləcək.