21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bu prokurorların fəaliyyətinə xitam verilib

23.09.2022

Prokurorluğun bir sıra işçilərinin qulluqda olmanın son yaş həddinə çatmalarına görə qulluqkeçmələrinə xitam verilib.

Bu barədə  Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

"Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru baş ədliyyə müşaviri Mövlud Ömər oğlu Osmanov, Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru baş ədliyyə müşaviri Firdovsi İlyas oğlu Nemətli və Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin böyük prokuroru baş ədliyyə müşaviri Əlixan Ataxan oğlu Əliyevi qulluq keçmələrinə xitam verilmələri ilə əlaqədar Baş prokuror Kamran Əliyev 23 sentyabr 2022-ci il tarixdə Baş Prokurorluğun inzibati binasında qəbul edib, Mövlud Osmanov və Firdovsi Nemətlini prokurorluğun fəxri fərmanı, Əlixan Əliyevi isə "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmiş və onlara hədiyyələr təqdim edib.

Görüşdə tədbir iştirakçıları xatirələrini bölüşüb səmimi söhbətlər etmiş və sonda xatirə şəkilləri çəkdiriblər.