Putin bu gün Təhlükəsizlik Şurasının üzvləri ilə iclas keçirəcək
23.09.2022
Rusiya Prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının daimi üzvləri ilə birgə operativ iclas keçirəcək.
"DM"TASS-a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlaması zamanı bildirib. Rusiya dövlət başçısı ölkədə qismən səfərbərlik elan olunduqdan sonra ilk dəfə belə bir iclas keçirəcək.
Kremlin sözçüsü iclasın günorta saatlarında keçiriləcəyini deyib.