ABŞ yeni hipersəs raketi hazırlayır
23.09.2022
Pentaqon "Raytheon Technologies” şirkətilə hipersəs qanadlı raketlərin prototipini hazırlamaq üçün 985 milyon dollarlıq müqavilə imzalayıb.
"DM" xəbər verir ki, bunu "Raytheon Missiles & Defense” şirkətinin prezidenti Ues Kremer deyib.
"Hipersəs silahı atmosferin yuxarı qatlarında saatda təxminən 6200 km sürətlə hərəkət edir. Bütün dünyada yaranan bugünkü təhlükələr qarşısında hipersəs qanadlı raketi döyüşçülərimizi çox ehtiyac duyulan imkanlarla təmin edəcək. Hərbi Hava Qüvvələri tədarükləri 2027-ci ildə gözləyir”, - o bildirib.