03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Zəncanda iki azərbaycanlı gənc hökumət qüvvələri tərəfindən öldürülüb - FOTO

23.09.2022

Zəncan şəhərində iki azərbaycanlı gənc hökumət məmurları tərəfindən öldürülüb.

"Azad İran” "Telegram” kanalı məlumat verir ki, onlar hökumət qüvvələrinin açdığı atəş nəticəsində hadisə yerindəcə ölüblər.

Mehdi Musəvi və Mehrdad Qurbani adlı gənclər sentyabrın 21-i axşam saatlarında Zəncan şəhərində keçirilən aksiyalar zamanı güllələnərək öldürülüblər.

Xatırladaq ki, son günlər baş verən etiraz aksiyaları zamanı çox sayda insanın güllələnərək qətlə yetirilməsi ilə bağlı fərqli rəqəmlər bildirilsə də, indiyədək hökumət qüvvələri tərəfindən öldürülən 23 nəfərin kimliyi təsdiqini tapıb.

İnsan hüquqları təşkilatları ağır yaralıların çox olduğu üçün ölü sayının artacağı ehtimalının yüksək olduğunu bildirirlər.