Rusiyalı general Ukraynada yaralanıb
23.09.2022
Rusiyalı general-mayor Oleq Çokov Ukraynadakı döyüşlər zamanı yaralanıb.
"DM" xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
"Svatovo yaşayış məntəqəsi rayonunda 20-ci ümumqoşun ordusunun 114-cü motoatıcı diviziyasının komandiri general-mayor Oleq Çokov yaralanıb. General serntyabrın 20-də təxliyə olunub. 19-20 sentyabr tarixlərində Rostovdakı hərbi hospitala 105 hərbi qulluqçunun meyiti aparılıb”, - məlumatda qeyd olunub.