21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İlham Əliyev Türkiyənin səhiyyə nazirini qəbul edib-YENİLƏNİB

22.09.2022

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də Türkiyə Respublikasının səhiyyə naziri Fahrettin Kocanı qəbul edib.

AZƏRTAC xəbər verir ki, Fahrettin Koca Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.

Qonaq vurğulayıb ki, Azərbaycanın və Türkiyənin dövlət başçıları arasında sarsılmaz birlik və qardaşlıq əlaqələri bütün digər qurumlar kimi, Səhiyyə nazirlikləri arasında da əməkdaşlıq üçün yol göstəricisidir və bu baxımdan ölkələrimizin nazirlikləri sıx əməkdaşlıq həyata keçirir.

Türkiyənin səhiyyə naziri qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması dərin sevinc hissi bəxş edir. Nazir şəhidlərlə bağlı başsağlığı verib, qazilərə şəfa diləyib. Şuşa Bəyannaməsinin əhəmiyyətini vurğulayan Fahrettin Koca bu sənəddə əksini tapan hədəflər istiqamətində səhiyyə sahəsində də əlaqələri inkişaf etdirmək və dərinləşdirmək üçün çalışdıqlarını bildirib.

Türkiyəli nazir deyib ki, ölkəsində səhiyyə sahəsində əldə olunan təcrübəni və elmi bilikləri azərbaycanlı həmkarlarla bölüşmək qardaşlıq borcudur. O, dövlətimizin başçısının dəstəyi ilə Bakıda keçirilən Azərbaycan-Türkiyə Səhiyyə Biznes Forumunun əhəmiyyətindən danışıb.

Prezident İlham Əliyev Özbəkistanda Türkiyənin dövlət başçısı ilə görüşünü məmnunluqla xatırlayıb, dostluq və qardaşlıq əlaqələrimizin bütün sahələrdə durmadan inkişaf etdiyini vurğulayıb. Dövlətimizin başçısı Şuşa Bəyannaməsinə toxunaraq bunu münasibətlərimizin rəsmi təzahürü kimi qiymətləndirib, bu Bəyannamənin xalqlarımızın iradəsini, dövlətlərimizin maraqlarını əks etdirdiyini deyib.

Azərbaycan Prezidenti həm müharibə zamanı, həm də müharibədən sonrakı dövrdə Türkiyə həkimləri tərəfindən qazilərimizin müalicəsinə görə minnətdarlığını bildirib.

Dövlətimizin başçısı Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı qeyd edib, bu baxımdan səhiyyə sahəsində də əlaqələrin təqdirəlayiq olduğunu deyib və Azərbaycan-Türkiyə Səhiyyə Biznes Forumunun önəminə toxunub.

14:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də Türkiyə Respublikasının səhiyyə naziri Fahrettin Kocanı qəbul edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.