21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Britaniya 20 illik qaz sazişi bağlamağa hazırlaşır

22.09.2022

Böyük Britaniya enerji böhranının ölkə iqtisadiyyatına təsiri ilə bağlı narahatlıqlarla əlaqədar ABŞ-dan mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü üzrə uzunmüddətli müqavilə bağlamağa çalışır.

Britaniya hökuməti LNG ixracatçılarından yerli alıcıları 20 illik müqavilələr əsasında təmin etmələrini xahiş edir.

Londonun hansı həcmdə qaz almaq niyyətində olduğu hələlik bəlli deyil.

Liz Trass hələ Britaniyanın baş naziri seçilməzdən əvvəl demişdi ki, seçkidə qalib gəlsə, Şimal dənizində neft və qaz hasilatı, eləcə də orada yeni yataqların işlənməsi üçün lisenziyalara razılıq verəcək.

Jurnalistlər iddia edirlər ki, Trass təxminən 130 lisenziyanı təsdiqləmək niyyətindədir. Lakin ekspertlər bildirirlər ki, bu, enerji resurslarının dəyərini tez bir zamanda azaltmağa kömək etməyəcək.

Mənbə: Komsomolskaya Pravda