23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

“Cəzasızlıq mexanizmi növbəti təxribatlar üçün yol açır”

22.09.2022

"Ölkəmizdəki səfirliklərin yüksək standartlarla mühafizə olunmasının təşkili Azərbaycan dövlətinin üzərinə götürdüyü beynəlxalq öhdəliklərə nə qədər böyük məsuliyyətlə yanaşmasının bariz nümunəsidir”.

Bunu "Real” TV-yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov erməni radikalların xarici ölkələrdə səfirliklərimizə edilən hücumlar barədə danışarkən deyib.

Onun sözlərinə görə, BMT-yə daxil olan ölkələr Vyana Konvensiyasının üzvüdür və bu konvensiyaya əsasən hər bir ölkə xarici diplomatik missiyanı və diplomatların 100 faiz təhlükəsizliyini təmin etməlidir, bu, beynəlxalq münasibətlərin təməl prinsiplərindən biridir:

"Bu kimi təxribat xarakterli addımlar olduqda, radikal erməni qruplaşmaları tərəfindən bizim diplomatlarımıza, diplomatik missiyalarımıza qarşı hücumlar olarkən təhlükəsizliyin təmin edilməsi hər bir qəbul edən dövlətin öhdəliyidir. Biz bu təxribatları bir çox ölkədə görürük. Elə ölkələr var ki, onlar özləri qabaqlayıcı tədbirlər görür, bəzi hallarda isə biz həmin ölkələri məlumatlandırırıq və operativ tədbirlər görülür.

Ancaq əfsuslar olsun ki, bəzi hallarda qəbul edən tərəfin reaksiyası və addımları adekvat olmur. Belə olan təqdirdə, təbii ki, ciddi şəkildə tələblərimizi qoyuruq, səfirlər dəvət olunur, onlara etiraz notaları bildirilir. Eyni zamanda, artıq hər hansısa vandallıq, terror məzmunlu hadisələr baş veribsə, onların mütləq şəkildə araşdırılması və günahkarların cinayət məsuliyyətinə cəlb edilməsi mütləq şəkildə həyata keçirilməlidir. Azərbaycan dövləti olaraq israrlı şəkildə biz bu gündəliyi davam edirik. Hesab edirik ki, bu cəzasızlıq mexanizmi növbəti belə təxribatlar üçün yol açır və onu stimullaşdırır. Bu məsələ nəzarətimizdə saxlanılacaq”, - deyə nazir qeyd edib.