Jirinovski yıxılmasından danışdı
09.10.2018
Rusiya Dövlət Dumasının sədr müavini, Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski Vladimirsk vilayətinin qubernatoru Vladimir Sipyaqinin inauqurasiya mərasimi zamanı yıxılmasına səbəb kimi pilləkənin artıq pilləsini göstərib.
"Dövran Media" bununla bağlı "RİA Novosti”yə istinadla xəbər yayır.
"Pillə qoyublar, ancaq üzərini bağlayıblar. Buna haqları yoxdur. Bu pilləyə ilişib yıxıldım. Bu, regionun əvvəlki rəhbəri Svetlana Orlovanın səhvidir. Hətta səhnəni də düzgün qura bilməmisiniz. Dünyanın heç bir yerində səhnədə pillə qoymurlar”, - Jirinovski deyib.
Xatırladaq ki, dünən inauqurasiya mərasimi zamanı Jirinovski səhnəyə qalxarkən ayağı büdrəyib və yıxılıb.