Çexiyada Misir piramidalarından qədim abidə aşkarlanıb
22.09.2022
Çexiya arxeoloqları Praqa yaxınlığında təxminən 7000 il əvvələ aid Neolit dövrünə aid tikili aşkar ediblər.
"DM" xəbər verir ki, bu barədə "Live Science” məlumat yayıb.
Alimlərin sözlərinə görə, aşkarlanan kompleks Misir piramidaları və Britaniyadakı Stounhenc tikililərindən daha qədimdir:
"Onu tikən insanlar haqqında danışmaq hələ tezdir. Lakin abidənin eramızdan əvvəl 4900-4400-cü illərdə mövcud olmuş Orta Dunay mədəniyyətinə aid olduğunu deyə bilərik”.