Moravetski:Qərb Ukraynaya yardımı artırmalıdır
21.09.2022
Qərb ölkələri və NATO Rusiyanın elan etdiyi qismən səfərbərliyə Ukraynaya maliyyə və hərbi yardımı artırmaqla cavab verməlidir.
"DM" xəbər verir ki, bu sözləri Polşanın Baş naziri Mateuş Moravetski deyib.
"Bu səfərbərliyə cavab olaraq, bütün azad ölkələrin birliyi, xüsusən də tarixin ən güclü ittifaqı olan NATO Ukraynaya dəstək verməlidir. Rusiya Ukraynada qalib gələ bilməz”, - Moravetski bildirib.