Ukraynadan Rusiyanın səfərbərlik qərarına cavab - VİDEO
21.09.2022
Baku TV-nin Ukraynadakı əməkdaşı Mübariz Aslanov Rusiyada qismən səfərbərlik elan olunmasına Ukraynanın necə qarşılıq verməsindən danışıb.
O qeyd edib ki, Ukrayna zamanla səfərbərliyi artırır. Müxtəlif yerlərdə yeniyetmələri də (onlar arasında qızlar da var) hazırlayırlar ki, 18 yaşına çatanda hazırlıq müddətinə ehtiyac olmadan döyüşlərə qatılsınlar.
"Səfərbərlik cəhdi bir ay əvvəl qondarma Donetsk və Luqansk respublikalarının ərazisindən başlanmışdı. Yəqin ki, bu, Rusiyanın təsiri ilə olmuşdu. Hətta burada yaşayan azərbaycanlılar da etiraz olaraq Avropaya köçmüşdülər”, - deyə əlavə edilib.