Bakıda antibiotik vurulan azyaşlı ölüb
21.09.2022
Dördüncü sinif şagirdi Bakıdakı klinikalardan birində vəfat edib.
"DM" Unikal.org-a istinadən xəbər verir ki, talessemiya xəstəsi olan Yevlax rayon Hacıselli kənd sakini Dərya Emin qızı Paşayeva müalicə aldığı klinikada dünyasını dəyişib.
Əldə olunan ilkin nəlumata görə, müalicəsi normal keçən və hər hansı ölüm təhlükəsi olmayan azyaşlıya nümunə üçün antibiotik vurulub.
Bu zaman azyaşlının halı kəskin pisləşib və dünyasını dəyişib.