Şoyqu: Qismən səfərbərlik, bu qədər insan çağırılacaq
21.09.2022
Qismən səfərbərlik çərçivəsində 300 min ehtiyatda olan hərbçi çağırılacaq.
"DM" xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.
"Rusiyanın böyük səfərbərlik resursu var, demək olar ki, 25 milyon nəfərdir. Qismən səfərbərliyə düşənlərin sayı bu rəqəmin 1 %-dən bir qədər çoxunu təşkil edir”, - Şoyqu bildirib.