Putindən nüvə təhdidi: “Bu, blef deyil”
21.09.2022
"Xatırlatmaq istəyirəm ki, ölkəmizdə də müxtəlif məhvetmə vasitələri var, bəzi komponentlərdə isə NATO-dan daha müasirdir”.
Bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində deyib.
O əlavə edib ki, ərazi bütövlüyü təhlükə altına düşəcəyi təqdirdə Moskva əlində olan bütün mümkün vasitələrdən istifadə edəcək.
"Bu, blef deyil”, - deyə Putin qeyd edib.
Kreml rəhbəri Rusiyanı nüvə silahı ilə şantaj etməyə çalışanlara da xəbərdarlıq edib:
"Bizi şantaj etməyə çalışanlar bilsinlər ki, küləyin istiqaməti onlara tərəf dəyişə bilər”.
Mənbə: İzvestiya