Duma səfərbərliklə bağlı qanuna dəyişiklik edib
20.09.2022
Rusiya Dövlət Duması Cinayət Məcəlləsinə səfərbərlik, hərbi vəziyyət, müharibə vaxtı və silahlı münaqişə anlayışlarının daxil edilməsini təklif edən düzəlişi təsdiqləyib.
"DM" xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasından məlumat verilib.
Dəyişikliyə əsasaən, Cinayət Məcəlləsinin bir sıra bəndlərində "silahlı münaqişə və ya hərbi əməliyyatlar şəraitində” sözləri "səfərbərlik və ya hərbi əməliyyatlar dövründə” sözləri ilə əvəz edilib.