03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

MM Səhiyyə komitəsində autizmli uşaqların müalicə problemləri müzakirə olunub

20.09.2022

"Autizmli xəstələrlə bağlı problemlər mövcuddur. Bizə müraciət edən valideynlər bu xəstəliyin müalicəsinin də çox baha olduğunu bildirir”.

"DM" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deputat Əliyeva Kamilə deyib.

Deputat bildirib ki, həddən artıq çox müraciətlər var: "Mümkündürsə, autizmli uşaqların da psixoloji müalicəsini icbari tibbi sığorta ilə qarşılayaq”.

Komitə sədrinin müavini Rəşad Mahmudov isə bildirib ki, dünya təcrübəsində bunun həlli Əmək və Sosial Müdafiə Nazirliyi tərəfində qarşılanır: "Çünki bu mərkəzlər həmin nazirliyin tabeliyindədir”.