21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Komitə sədri: “Dərman preparatlarının keyfiyyəti ilə bağlı xeyli problem var”

20.09.2022

"Əhalidə dərman vasitələri ilə bağlı xeyli narazılıqlar var”.

"DM" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

Əhliman Əmiraslanov bildirib ki, dərman preparatlarının qiyməti, keyfiyyəti və əldə olunması ilə bağlı xeyli problem var: "Mən aidiyyəti qurumlarla bu məsələni müzakirə edəcəm və düşünürəm ki, payız sessiyasında dərmanların qiymətləri, keyfiyyəti və əldə olunması ilə bağlı da dinləmə keçirək. Qardaş Türkiyə ilə müqayisədə dərman qiymətlərində xeyli fərqlər var. Hesablama Palatası Səhiyyə Nazirliyində bu işlə məşğul olan qurumda artıq yoxlamalar keçirib və təklif edib ki, bununla bağlı bizim komitə ilə müzakirələr keçirsinlər. Dinləməyə apteklərin nümayəndələri, bu sahə ilə məşğul olan insanları çağırmalıyıq. İnsanların bu narazılıqları araşdırılmalıdır”.

Deputat qeyd edib ki, dializlə bağlı da Hesablama Palatası yoxlama həyata keçirib: "Payız sessiyasında bunu çatdırmasaq da növbəti yaz sessiyasında bununla bağlı da dinləmə keçirək. Sədr Sahibə Qafarova ilə söhbət edəndən sonra bu məsələni müzakirəyə çıxarmaq olar”.