Putin Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətdən danışıb
20.09.2022
KTMT vasitəsilə Azərbaycanla Ermənistan arasında gərginliyin azaldılması istiqamətində tədbirlər görülür.
"DM" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
"Təşkilat Ermənistan-Azərbaycan sərhəd zonasında vəziyyətin gərginləşməsi ilə bağlı tədbirlər görür. Qarşıdurma zonasına KTMT baş katibinin rəhbərlik etdiyi xüsusi missiya göndərilib. Ona vəziyyətin öyrənilməsinin nəticələrinə əsasən Kollektiv Təhlükəsizlik Şurasına təkliflər hazırlamaq tapşırılıb”, - o bildirib.
Putin qeyd edib ki, Rusiyaya yaxın dövlətlər arasında istənilən münaqişəli vəziyyət ciddi narahatlıq doğurur:
"Biz hər kəsi təmkinli olmağa, atəşkəs rejiminə ciddi əməl etməyə və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarına qətiyyətlə əməl etməyə çağırırıq”.