Aİ Ukraynaya daha 5 milyard avroluq yardım ayırıb
20.09.2022
Avropa İttifaqı Şurası Ukraynaya daha 5 milyard avroluq yardım ayırıb.
"DM” xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmiqal tviterdə yazıb.
O, dəstəyə görə Aİ ölkələrinə minnətdarlığını bildirib:
"Sizin hər birinizin səsi bizim qələbəmizə mühüm töhfədir”, - o bildirib.