Moskvadan Ankaraya təklif: Qüvvələrimizi birləşdirək
08.10.2018
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin türkiyəli həmkarı Binəli Yıldırımla görüşüb.
"Dövran Media" xəbər verir ki, tərəflər görüş zamanı AŞPA ətrafındakı vəziyyəti müzakirə ediblər. Volodin Yıldırıma Ankara və Moskvanın demokratik prinsipləri dəstəkləməklə bağlı ümumi mövqe nümayiş etdirmək üçün səylərini birləşdirməyi təklif edib:
"Bizim mövqeyimiz birmənalıdır: hesab edirik ki, Avropa Şurasına daxil olan ölkələrin fəaliyyətini tənzimləyən qanuni formalar Parlament Assambleyasına da təsir göstərməlidir”.
Binəli Yıldırım isə son zamanlar AŞPA-nın "radikalların yuvası”na çevrildiyini bildirib:
"Təəssüf ki, doğru təkliflər orada qarşılıq tapmır, onlar beynəlxalq və regional reallıqlardan məhrum olublar”.