Müəllimlərdən pul tələb etdiyi iddia olunan direktor DANIŞIB - YENİLƏNİB / VİDEO
19.09.2022
Sumqayıt şəhər 32 saylı tam orta məktəbin direktorunun müəllimlərdən pul tələb etməsi ilə bağlı səs yazısı yayılıb.
Adıçəkilən məktəbin direktoru Esmira İbrahimova "Unikal”a açıqlamasında hadisədən məlumatlı olduğunu, belə bir səs yazısı olmadığını, deyilənlərin isə şər-böhtan olduğunu bildirib:
"Məktəbdə 1 qəpik də olsun pul yığılmayıb. Qrupda o barədə heç bir söhbət olmayıb. Yalan məlumatdır”.
Direktor əlavə edib ki, Abşeron-Xızı Regional Təhsil İdarəsindən onunla əlaqə saxlanılıb:
"Onlara da bildirdim ki, belə bir söhbət yoxdur. Bu, yalandır”, - deyə E.İbrahimova vurğulayıb.