Zelenski : “Rusiya bütün dünyanı təhlükə altında qoyur” - VİDEO
19.09.2022
Ukrayna Prezidenti Volodimir Zelenski Cənubi Ukrayna atom elektrik stansiyasına (AES) artilleriyadan endirilən zərbəni əks etdirən video yayımlayıb.
Videoda AES-ə Rusiya tərəfindən atəş açılması əks olunub.
"İşğalçılar yenidən atəş açmaq istədilər. Lakin atom elektrik stansiyasının nə olduğunu unudublar. Rusiya bütün dünyanı təhlükə altında qoyur. Biz çox gec olmadan bunu dayandırmalıyıq”, - deyə prezident qeyd edib.
Mənbə: UNİAN "Telegram”