Pelosinin milyonlarla dollarlıq Ermənistan səfərini kim maliyyələşdirib? - VİDEO
19.09.2022
Baku TV-də yayımlanan "Salam Baku” verilişində ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərinin maliyyə mənbələri müzakirə edilib.
Politoloq Yeganə Hacıyeva qeyd edib ki, Nensi Pelosinin Ermənistana səfəri üçün 120 milyon dollar xərclənib.
"Bu məbləğin 75 milyonu Ruben Vardanyanın bankından olan köçürmələrdir. 75 milyonun 50 milyonu Demokratlar Partiyasına ianə qismində ödənilib. 25 milyon isə N.Pelosinin 3 günlük səfəri və təhlükəsizliyinə xərclənib”, - deyə politoloq əlavə edib.
Y.Hacıyeva N.Pelosiyə səfəri müddətində Nikol Paşinyanın siyasətini tərifləmək üçün də pul ödənildiyini qeyd edib.