"Müharibə olsa, hər kəsə silah verəcəyik"
08.10.2018
Əgər müharibə olsa, bütün respublika sakinlərini silahlandıracağıq.
"Dövran Media" xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
"Mən zarafatla demirəm. Əgər bizdə kifayət qədər silah olsa, müharibə başlayan kimi onu hər ailəyə dağıdacağıq. Biz öz ərazimizi müdafiə edəcəyik. Qocalara və qadınlara da bu silahlar veriləcək. 7 milyon əhaliyə (18 yaşdan yuxarı olan əhali sayı nəzərdə tutulur – red.) silah onların özlərini müdafiəsi üçün veriləcək”, – deyə o bildirib.