Almaniyadan Türkiyəyə sanksiya tətbiqinə çağırış
19.09.2022
Avropa Birliyi ŞƏT-ə üzv olmaq istədiyinə görə Ankaraya qarşı daha sərt siyasət aparılmalı və iqtisadi təzyiqlər tətbiq edilməlidir.
"DM" xəbər verir ki, bunu Almaniyanın "Birlik 90/Yaşıllar” partiyasının xarici siyasət üzrə eksperti Yurgen Trittin deyib.
"Türkiyə NATO-nun BMT-nin Liviyaya silah embarqosunu izləməsinə mane olur. Yunanıstanın iqtisadi zonasında da qazma işləri aparır. NATO üzvü olan Türkiyə Avropanın Rusiyaya qarşı sanksiyalarından yan keçmək üçün Çindən daha çox işlər görür. Həmçinin, Ərdoğan Finlandiya və İsveçə NATO-ya üzv olmasına mane olur. İndi isə İranla birlikdə ŞƏT-ə daxil olmaq istəyir”, - o bildirib.