21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

ABŞ Bakıya sanksiya tətbiq edə bilərmi?

19.09.2022

ABŞ-ın Azərbaycana sanksiya tətbiq etməsi cəfəngiyyatdır. Çünki Azərbaycanın Avropa Birliyi ilə yeni qaz sazişi imzaladığı bir dövrdə hansısa sanksiyaların tətbiq edilməsi ehtimalı sıfırdır.

Bu sözləri ekspert Natiq Cəfərli ABŞ nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvanda Azərbaycan əleyhinə səsləndirdiyi bəyanatları şərh edərkən deyib.

"Nensi Pelosinin Ermənistana səfərinə çox böyük önəm verməyə ehtiyac yoxdur. Çünki onun vəzifəsini tamamlamasına 2 ay qalıb. Seçkilərdən sonra çox böyük ehtimalla o, daha ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri olmayacaq. Onun siyasi karyerasının sonunu yaşadığını, həm yaşını, həm də respublikaçıların sorğulardakı böyük üstünlüyünü nəzərə alsaq, Pelosinin Ermənistana səfəri son siyasi dvidentlərini qazanmaq məqsədi daşıyırdı. Ona görə də bu səfəri ciddi qarşılamaq o qədər də doğru deyil. Azərbaycan haqqlı olaraq diplomatik dillə və XİN xətti ilə buna cavab verdi”, - N.Cəfərli bildirib.