Kreml Pelosinin Ermənistana səfərinə münasibət bildirib
19.09.2022
Moskva İrəvan və Bakı arasında münasibətləri normallaşmaya aparan addımları alqışlayır.
"DM" xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Amerika Birləşmiş Ştatları Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərinə münasibət bildirərkən deyib.
"Sözdə deyil, əməldə, ucadan, populist deyil, reallıqda, sakit və işgüzar şəkildə olan hər şey münasibətlərin normallaşmasına, sərhəddə vəziyyətin sabitləşməsinə töhfə verə bilər, bütün bunları alqışlamaq olar. Reallıqda belə səsli-küylü hərəkətlər və bəyanatlar bu normallaşmaya töhfə verə bilərmi? Baxarıq, zamanla hər şey aydınlaşacaq”, - deyə Peskov deyib.