Bayden Çinə meydan oxuyub
19.09.2022
ABŞ Tayvanla əməkdaşlıq etsə də, onu Çindən ayrı müstəqil dövlət olmağa sövq etmir.
"DM" xəbər verir ki, bu barədə Co Bayden CBS telekanalına müsahibəsində deyib.
"Biz illər əvvəl Vahid Çin siyasətiylə bağlı imzaladığımız qərarla bugün də razıyıq. Müstəqilliyi ilə bağlı qərarı Tayvan yalnız özü verir. Biz onları müstəqil olmağa məcbur və ya təşviq etmirik. Ancaq Çin və Tayvan arasında hərbi münaqişə yaranarsa, ABŞ adanı müdafiə etməyə hazırdır”, - o deyib.