Milli Məclis AMB və ARDNF-lə görüş keçirəcək
19.09.2022
Yaxın vaxtlarda Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyi ilə Milli Məclis üzvləri arasında görüş keçiriləcək.
"DM” xəbər verir ki, bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Tahir Mirkişili deyib.
"Görüş AMB-nin təşəbbüsü ilə baş tutacaq. Azərbaycanda inflyasiyanın tənzimlənməsi, pul-kredit siyasəti, maliyyə sabitliyi barədə müzakirələr aparacağıq”, - o qeyd edib.
T.Mirkişili əlavə edib ki, Milli Məclislə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) arasında da görüş planlaşdırılır:
"Bu görüşdə valyuta ehtiyatlarının idarəedilməsi müzakirə olunacaq. Belə görüşlər digər qurumlarla da keçiriləcək”.