21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Azərbaycanda elektron xidmətlərin sayı artırılır

19.09.2022

Azərbaycanda elektron xidmətlərin sayı artırılır.

"DM"-nın xəbərinə görə, bununla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2022-ci il payız sessiyasındakı ilk iclasında "Əmanətlərin sığortalanması haqqında”, "Daşınmaz əmlakın dövlət reyestri haqqında”, "Banklar haqqında”, "Avtomobil yolları haqqında” qanunlara dəyişiklik layihələri birinci oxunuşda müzakirə edilib.

Belə ki, dəyişikliklər nəzərdə tutulmuş qanun layihələri Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 4.2-ci bəndinə əsasən hazırlanıb.

Vətəndaşların sənəd və ya məlumatın toplanması, təqdim edilməsi ilə bağlı problemlərinin aradan qaldırılması, vaxt itkisinin azaldılması, bu əsasda vətəndaş məmnunluğunun artırılması, həmçinin ölkədə Elektron Hökumət İnformasiya Sisteminin funksionallığının daha da yüksəldilməsi və qurumlararası elektron inteqrasiyanın gücləndirilməsi məqsədilə müxtəlif sahələri əhatə edən qanunlarda müvafiq dəyişikliklər edilməsi nəzərdə tutulub.

"Milli Fəaliyyət Planı”nın 4.2-ci bəndində təsbit olunmuşdur ki, dövlət xidmətinin göstərilməsi üçün zəruri olan sənəd və ya məlumat digər dövlət qurumunda mövcud olduğu halda, həmin sənədin və ya məlumatın vətəndaşdan tələb edilmədən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan alınmasının təmin edilməsi üçün bu prinsipin sahəvi normativ hüquqi aktlarda təsbit edilməsi, habelə bu prinsipə əsaslanan elektron xidmətlərin sayının artırılması təmin edilməlidir.

Bununla əlaqədar qeyd edilən tələbin sahəvi qanunlarda əks olunmasına zərurət yaranıb ki, nəticədə həmin tələbin sahəvi qanunda əks olunması onun daha işlək və tətbiqedilən olmasını təmin edəcək.