Ərdoğan: Özbəkistana gəlsəydi, Əsədin üzünə deyərdim
16.09.2022
Bəşər Əsəd Özbəkistana gəlsəydi, onunla görüşərdim.
"DM" xəbər verir ki, bunu Şanxay Əməkdaşlıq Təşkilatı sammitində iştirak etmək üçün Özbəkistanda səfərə getməzdən öncə AKP-nin qapalı toplantısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Hurriyyət”in yaydığı məlumata görə, Ərdoğan partiyadaşlarına bildirib:
"Onun mövqeyinə görə Suriya parçalanmaq üzrədir. Hakimiyyətini saxlamaq üçün müxalifətlə müharibəyə getdi. İdarə etdiyi sahələri qorudu, amma böyük torpaqları qoruya bilmədi. Özbəkistana gəlsəydi, bunları onun üzünə deyərdim. Biz o zaman ona "belə etsəniz, Suriya parçalanacaq” demişdik. Amma bizim xəbərdarlıqlarımıza məhəl qoymadı, ABŞ-ın, Rusiyanın ölkəyə girəcəyini düşünmədi”, - Ərdoğan bildirib.