Rəisi:Rusiyaya qarşı sanksiyaları tanımırıq
15.09.2022
Tehran və Moskvanı strateji münasibətlər birləşdirir.
"DM" xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.
"Biz ikitərəfli münasibətlərin inkişafına ciddi yanaşırıq. Bizim münasibətlərimiz adi deyil, strateji xarakter daşıyır. Siyasi, ticari-iqtisadi, eləcə də kosmik sferada əməkdaşlıq bundan sonra da inkişaf edə bilər. Biz Rusiyaya qarşı sanksiyaları tanımırıq və rəsmən də tanımayacağıq. Rusiya və İran kimi ABŞ-ın sanksiyalarına məruz qalan ölkələr arasında qarşılıqlı fəaliyyət problemlərin əhəmiyyətli hissəsini neytrallaşdıra bilər”, - Rəisi bildirib.