Cahid Bağçı şəhidlərimizlə bağlı paylaşım edib
15.09.2022
Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı şəhidlərimizin xatirəsini anıb.
O, bu barədə "Twitter” hesabında yazıb.
Türkiyəli diplomat "Vətən sağ olsun” deyə qeyd edib.
Xatırladaq ki, sentyabr ayının 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan ordusunun Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatlar nəticəsində Azərbaycan ordusunun şəhid olan hərbi qulluqçularının sayı 71 nəfərə çatıb.