Putin: Beynəlxalq məsələlərdə Moskva ilə Tehranın mövqeyi üst-üstə düşür
15.09.2022
Rusiya Prezidenti Vladimir Putin və İran dövlət başçısı İbrahim Rəisi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində görüşüblər.
"DM" TASS-a istinadən xəbər verir ki, Özbəkistanın Səmərqənd şəhərində keçirilən görüşdə Putin İranın ŞƏT-ə qoşulmasından məmnunluq ifadə edib.
"Üzvlük prosesini yekunlaşdırmaq üçün formal məsələlər qalıb. İranla Rusiyanın münasibətləri bütün istiqamətlər üzrə inkişaf edir”, - Putin vurğulayıb.
Rusiya lideri bir çox beynəlxalq məsələlərdə Moskva ilə Tehranın mövqelərinin üst-üstə düşdüyünü də xatırladıb.