21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

“Baku Steel Company”nin sabiq rəhbərinin 70 milyonluq əmlakı üzərinə həbs qoyulub

15.09.2022

"Baku Steel Company”nin həbsdə olan sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı əmlakları üzərinə həbs qoyulub.

"DM" həmin əmlakların siyahısını təqdim edir

Bakının Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən Bakı Oksford Məktəbi, bir zavod, bir neçə fərdi yaşayış evi və bağ evinin üzərinə həbs qoyulub. Bu əmlakların qiyməti ümumilikdə 70 milyon manat civarındadır.

Bakı Oksford Məktəbinin təsisçisi Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovadır.

Üzərinə həbs qoyulmuş əmlakların təxminən 30 milyon manat təşkil edən hissəsinin Rasim Məmmədovun qohumlarının adına rəsmiləşdirildiyi bildirilir. Bununla bağlı onlar ilk prosesdə vəkil vasitəsilə məhkəmədə vəsatət qaldırıb, müstəqil tələb irəli sürən üçüncü tərəf kimi tanınmalarını istəyiblər. Məhkəmə vəsatəti baxılmamış saxlayıb.

Qeyd edək ki, Rasim Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.