Vahid Hacıyev: "Ağalıda 150 evin inşası başa çatıb, son işlər həyata keçirilir"
15.09.2022
"Hazırda Ağalıda 150 evin inşası başa çatıb, son işlər həyata keçirilir. Həmin evlərə də ailələr köçürüləcəklər".
"DM"-nın xəbərinə görə, bu fikirləri Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.
Onun sözlərinə görə, kəndin tikintisi ilə bağlı ikinci mərhələ də planda var: "İkinci mərhələ üçün artıq ailələr müəyyənləşdirilib. Ümumilikdə, 1350 kənd sakini bura köçməklə bağlı niyyətlərini bildirib".