Avropa Komissiyasının rəhbəri Kiyevə gəlib
15.09.2022
Bu gün Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Kiyevə işgüzar səfərə gəlib.
"DM" xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
"Rusiya müharibəsi başlayandan bəri üçüncü dəfədir ki, Kiyevdəyəm. Çox şey dəyişib. Ukrayna indi AB-yə namizəddir", - Leyen bildirib.
Leyen səfər zamanı Ukrayna Prezidenti Vladimir Zelenski və Baş nazir Denis Şmıqalla görüşəcək.