BBP-dən Paşinyana: Sizi Yer üzündən silərik!
15.09.2022
Erməni hakimiyyətinə deyirik: Ağlınızı başınıza yığın, türk millətinin Ermənistanı tarixdən və regiondan silə biləcək qüdrətə sahib olduğunu və səbrimizin sərhədində dayandıqlarını təkrar xatırladıram.
"DM" xəbər verir ki, bu sözləri Türkiyənin Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici deyib.
"Ermənistan və Yunanıstanın son dönəmlərdə təcavüzkar, qayda-qanun bilməz və hüquqsuz addımlarının fərqindəyik və haradan idarə edildiyini bilirik. Hər iki ölkə Türkiyənin şərqdə türk dünyası ilə, qərbdə isə Avropa ilə bağlantısını kəsmək məqsədilə yaradılmış baryerdir və marionet dövlətlərdir. Türkiyə ölkəsinin, sərhədlərinin, millətinin, qardaşlarının təhlükəsizliyi müzakirə mövzusu olduqca, birbaşa qarşıdurmaya getməkdə əsla tərəddüd etməyəcək. Arxalarında kimin dayanmasından asılı olmayaraq, hər iki ölkəni əzib keçmək gücünə sahibdir”, - deyə o bildirib.