AB Rusiyanın elektrik şirkətlərinə sanksiya hazırlayır
14.09.2022
Müharibənin yeddinci ayında AB Rusiyanın elektrik şirkətlərinin gəlirlərini məhdudlaşdırmaq üçün plan hazırlayır.
"DM" xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen məlumat verib.
Leyenin sözlərinə görə, bu təklif enerji qiymətlərinin yüksəlməsindən təsirlənən insanlara kömək etmək üçün istifadə oluna bilər.