8:58:15 17 04 2025-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Rusiya XİN-in xüsusi nümayəndəsi Bakı və İrəvana səfər edəcək

14.09.2022

Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev sülh müqaviləsi üzərində işləmək üçün Bakı və İrəvana səfər edəcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.

"Xovayev sülh müqaviləsi mövzusu ilə bağlı məsləhətləşmələr aparmaq, müqavilə layihəsi üzərində razılığa gəlmələrini asanlaşdırmaq üçün tərəfdaşların mövqelərində ümumi əsaslar axtarmaq üçün mütəmadi olaraq Bakı və İrəvana səfər edir”, - deyə Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bildirib.

Onun sözlərinə görə, RF xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına yardım etmək üzrə xüsusi nümayəndə funksiyalarını Xovayevə həvalə edib.

Mənbə: RT