21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Çavuşoğlu: “Təbii ki, Azərbaycanın adekvat cavab verməməsi mümkün deyildi”

14.09.2022

"Ermənilər Qarabağdan çıxarkən bir tərəfdən dağıntılar törədib, digər tərəfdən də minalar basdırıblar”.

Bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada mətbuat konfransında deyib.

Türkiyəli diplomat "Twitter” hesabında yayımlanan videoda bildirib:

"İki gün əvvəl Ermənistan-Azərbaycan sərhədində yaşanan gərginlik vəziyyətin nə qədər kövrək olduğunu göstərir. Can Azərbaycan Ermənistana hərtərəfli sülh sazişi imzalamağı təklif etdi, lakin Ermənistan uzun müddət cavab vermədi. Biz, Avropa İttifaqı məsələyə müdaxilə etdik.

Artıq sərhədlərin müəyyənləşməsi üzrə komissiyalar yaradılıb. Ermənistan isə təxribatlarını davam etdirir. Yenə iki gün əvvəl belə bir addım atdı. Təbii ki, Azərbaycanın adekvat cavab verməməsi mümkün deyildi.

Əgər regionda sabitlik istəyiriksə, Ermənistan təxribatları dayandırmalı və əməkdaşlıq və sülh istiqamətində səmimi addımlar atmalıdır”.