Övladını cəmi üç gün görən şəhidimiz II Fəxri xiyabanda torpağa tapşırılır
14.09.2022
Bakının Yasamal rayon sakini, əslən Cəbrayılın Yarəhmədli kəndindən olan, 1987-ci il təvəllüdlü, leytenant Ravil Mübariz oğlu Hümbətov da bu gün II Fəxri xiyabanda dəfn olunur.
"DM" xəbər verir ki, şəhid Ravil Hümbətov ailəli idi. Onun geridə iki azyaşlı övladı qalıb.
Qeyd edək ki, şəhidimizə ikinci övladını cəmi üç gün görmək nəsib olub.