Ermənistanda səfərbərlik çağırışı edilib
14.09.2022
Əgər Ermənistanda səfərbərliyə ehtiyac varsa, o zaman bunu 44 günlük müharibə nümunəsi ilə yox, 30 nəfərdən ibarət dəstələr yaratmaqla həyata keçirmək lazımdır. Onların hər biri özü dəbilqə və gülləkeçirməz jilet əldə etməlidir.
"DM" xəbər verir ki, bunu sosial şəbəkədə erməni müxalifətçi deputat Tiqran Abramyan yazıb.
O bildirib ki, cəbhə xəttindəki vəziyyəti nəzərə alsaq, gələcəkdə səfərbərliyə ehtiyac yarana bilər:
"Səfərbərlik könüllülərdən ibarət dəstələr yaratmaqla yox, şəxsi heyətin, yəni hərbçilərin sayını artırmaqla həyata keçirilməlidir”, - o bildirib.