19 yaşlı şəhidimizlə vida keçirilir - FOTO
14.09.2022
Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun 19 yaşlı əsgəri Nihad Qasımovun nəşi doğulduğu Şəki rayonun Kiçik Dəhnə kəndində yaşayan ailəsinə təhvil verilib.
"DM"-nın məlumatına görə, hazırda şəhidimizlə vida mərasimi keçirilir.
Dəfn mərasimində şəhidin döyüş yoldaşları, Müdafiə Nazirliyi əməkdaşları, hüquq-mühafizə orqanları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Onların cənazəsi Kiçik Dəhnə kəndində yerləşən Şəhidlər xiyabanında dəfn ediləcək.