17:10:23 05 04 2025-cu il Bakı 11 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Yekaterina bağında NAR BAYRAMI

07.10.2018

Artıq ötən ildən Moskvada qeyd edilməyə başlayan nar bayramı dünən Yekaterina bağında təşkil olunub.
"Dövran Media" məlumatına görə, tədbirin təşkilatçısı Rusiya azərbaycanlılarının Federal milli-mədəni muxtariyyətidir.
Tədbir milli musiqi, rəqs nömrələri ilə daha da rəngarəng olub.
İştirakçılara nar və nar məhsulları ilə yanaşı, içinə nar əlavə olunmuş ləzzətli milli mətbəx nümunələri təqdim olunub. Bu maraqlı bayrama qatılanlar plov, qutab, kabab, cız-bız kimi yeməklərə də qonaq olublar.
Sirk ustaları və sehrbazların iştirakı isə tədbiri daha da maraqlı edib.
Qeyd edək ki, Azərbaycanda hər il nar festivalı keçirilir.