Ukrayna XİN başçısı Almaniyadan narazılıq edib
13.09.2022
Almaniyadan məyusedici siqnallar gəlir.
Bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba "Twitter" hesabındakı paylaşımında qeyd edib.
"Ukraynanın insanları azad etmək və soyqırımdan qurtarmaq üçün "Leopard”lara və "Marder”lərə ehtiyacı duyduğu bir vaxtda Almaniyadan məyusedici siqnallar gəlir. Bu silahların niyə verilə bilinməməsi ilə bağlı heç bir rasional arqument yoxdur, yalnız mücərrəd qorxu və bəhanələr var. Berlin Kiyevin qorxmadığı nədən qorxur?”, - deyə Kuleba qeyd edib.
Qeyd edək ki, Almaniya Müdafiə Nazirliyi (MN) Ukraynanın döyüş tankları ilə bağlı müraciətinə rədd cavabı verib. Müdafiə naziri Kristine Lambrext ötən gün bildirib ki, bu vaxtadək heç bir ölkə Ukraynaya Qərb istehsalı piyadanın döyüş maşını (PDM) və ya tank göndərməyib. Vurğulayıb ki, Almaniya birtərəfli qaydada bu cür addım atmayacaq.